2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ən çox ixrac olunan məhsulları pambıq, karbamid və meşə fındığı olub. Bu haqda 30 mart tarixində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi “İxrac icmalı”nda məlumat verilib.
2021-ci ilin eyni dövrü ilə müqayisədə hər üç məhsulun ixracı artıb. Belə ki, pambığın ixracı 38% artaraq 51,1 milyon dollar, karbamidin ixracı 17 dəfə artaraq 29,3 milyon dollar, meşə fındığının ixracı isə 52% artaraq 28,6 milyon dollar təşkil edib.
Azərbaycanın 2022-ci ilin ilk iki ayında ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkələr arasında Türkiyə, Rusiya, Gürcüstan, İsveçrə və İtaliya yer alıb.