Azərbaycanın Qazaxıstandakı səfirliyi həmin ölkədə baş verən hadisələrlə bağlı soydaşlarımıza müraciət ünvanlayıb. Bu barədə məlumat 5 yanvar tarixində səfirliyin rəsmi Twitter səhifəsində yayılıb.
Məlumatda deyilir ki, səfirlik vətəndaşlarımıza rəsmi məlumatları izləməyi və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət görür.
Qeyd edək ki, Qazaxıstan hakimiyyəti kütləvi iğtişaşlar fonunda 19 yanvar tarixinə qədər bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.
Əziz vətəndaşlarımız!
Bildiyiniz kimi, cari ilin 19 yanvar tarixinədək bütün Qazaxıstan Respublikası ərazisində fövqəladə vəziyyət elan edilmişdir. Vətəndaşlarımızın rəsmi məlumatları izləməyi və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət olunur.
— Embassy of Azerbaijan to Kazakhstan (@azembassykz) January 5, 2022