Azərbaycanda donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracı 14 tibb müəssisəsində həyata keçirilir. Bu barədə yanvarın 7-də Report məlumat yayıb.
Həmin xəstəxanaların siyahısı:
- Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası – böyrəklər;
- Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı – qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası;
- Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Hərbi Hospitalı – qaraciyər, böyrəklər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi;
- Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi – gözün buynuz qişası;
- Mərkəzi Neftçilər Xəstəxanası – qaraciyər, böyrəklər, mədəaltı vəzi və onun seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası;
- Mərkəzi Klinika MMC – böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi;
- Respublika Müalicəvi Diaqnostika Mərkəzi – ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi;
- Milli Hematologiya və Transfuziologiya Mərkəzi – sümük iliyi;
- Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası – qaraciyər, böyrəklər;
- Gəncə Müalicə Diaqnostika Mərkəzi – böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi;
- Dünya Göz Azərbaycan – gözün buynuz qişası;
- Bakı Sağlamlıq Mərkəzi – qaraciyər, ağciyər, böyrəklər;
- Baku Medical Plaza – ağciyər;
- Bona Dea Beynəlxalq Xəstəxanası – ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası.