Ölkəyə qaçaqmalçılıq yolu ilə getirilən siqaret, dərman və civə aşkarlanıb

Azərbaycana qaçaqmalçılıq yolu ilə tütün, dərman və civə gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsi sentyabrın 2-də məlumat verib.

“Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “DAF”, 3 ədəd “Mercedec Benz” və 3 ədəd “Scania” markalı nəqliyyat vasitələri saxlanılıb. Sürücülər şifahi sorğu-sual olunublar və avtomobillərə baxış keçirilib.

Yoxlama nəticəsində gömrük nəzarətindən gizlədilən 11 400 ədəd müxtəlif markalı siqaret, 22 qutu dərman və 138 qram civə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl, avqustun 27-də paytaxtın Nəsimi rayonunda gömrükçülər tərəfindən “Marlboro” markalı 60 000 ədəd siqaret tapılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Ölkəyə qaçaqmalçılıq yolu ilə getirilən siqaret, dərman və civə aşkarlanıb”

Tövsiyə xəbərlər