Qaradağ rayonunun Lökbatan qəsəbəsində evlərin birindən 7 900 manat pul və 6 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə 20 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Seymur İsayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.