TÖVSİYƏ XƏBƏRLƏR

London metrosunun 160 ili tamam olur

London metrosu 160 illik yubileyini qeyd edir. Bu barədə İnsanoid bu gün, 11 yanvar tarixində xəbər verir.

1863-cü ildə Paddinqton və Farrinqdon vağzallarını birləşdirən London metrosu açıldı. Paytaxt Dəmir yolu rəhbərliyi bununla nəqliyyatın yeni dövrünə keçid etdi.

London metrosunun 160 ili tamam olur
Foto açıq mənbədən

Dünyanın ən qədim yeraltı şəbəkəsində qatarlar əvvəlcə buxar lokomotivləri ilə işə salınırdı.

Uzun məsafə üçün nəzərdə tutulan kiçik taxta vaqonlar birinci və ikinci sinif olmaqla iki hissəyə bölünür və qaz lampaları ilə işıqlandırılırdı.

Mühərriklərdən gələn səs-küyə və tüstüyə baxmayaraq, xidmət qısa müddət ərzində məşhurlaşdı.

Bu gün London metrosu hər gün beş milyon sərnişinə xidmət göstərir. Pik vaxtlarda paytaxt ətrafında 543-dən çox qatar hərəkət edir.

Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisinin 1932-ci ildə qərara alınmasına baxmayaraq, ilk 5 stansiya 1967-ci il noyabrın 6-da istismara verilib. Bunlar Bakı Soveti (indiki İçərişəhər), 26 Bakı Komissarı (indiki Sahil), 28 Aprel (indiki 28 May), Gənclik və Nəriman Nərimanov stansiyaları idi.

London metrosunun 160 ili tamam olur
Foto Bakı Metropoliteninin rəsmi saytı
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx