TÖVSİYƏ XƏBƏRLƏR

Lüksemburqda Qarabağda Azərbaycanın suverenliyinin tam bərpasına dəstək aksiyası başlayır

Bu dəqiqələrdə Lüksemburqun 15-ci prospektində, Avropa Parlamenti Katibliyinin binasının girişi qarşısında Qarabağda Azərbaycanın suverenliyinin tam bərpasına dəstək aksiyası başlayır.

Aksiya avropalı AZfront fəalları tərəfindən keçirilir.

Bu barədə 23 sentyabr tarixində AZfront Telegram kanalı məlumat yayıb.

Etirazçılar əllərində AZfront-un loqoları, ingilis və fransız dillərində şüarlar olan plakatlar tuturlar:

“Qarabağ Azərbaycandır!”, “Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir!”, “Azərbaycan da Ukrayna kimi separatizmlə mübarizə aparır!”, “Ukraynada separatizm və Azərbaycanda separatizm – eyni bəladır!”