Mədəniyyət Nazirliyi teatrların açılması ilə bağlı sentyabrın 16-da məlumat yayıb:
“Hazırda davam edən Bakı Caz Festivalının, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının bu il canlı keçirilməsinə nail olmuşuq. Gedişat uğurlu olarsa, bu teatr-konsert və kinoteatr məkanlarının açılması istiqamətində müsbət addım hesab edilə bilər”.
Məlumatda, həmçinin qeyd edilir ki, vaksinasiya prosesi uğurlu keçsə, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyəti bərpa edilə bilər.
Daha öncə, sözügedən məkanların fəaliyyətinə icazə verilməsi ilə bağlı Mədəniyyət Nazirliyi Operativ Qərargaha müraciət ünvanlayıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.