Müdafiə Nazirliyi erməni hərbçisinin həlak olması barədə məlumatı təkzib edib

Sentyabrın 1-də Müdafiə Nazirliyi Ermənistanın rəsmi və qeyri-rəsmi nümayəndələrin yaydığı erməni hərbi qulluqçusunun həlak olması ilə bağlı xəbəri təkzib edib.

Müdafiə Nazirliyindən qeyd olunub ki, Azərbaycan ordusu tərəfindən atəşkəsin pozulması, meşə yanğınlarının törədilməsi, mal-qara oğurluğu və kənd sakinlərinə qarşı müxtəlif təzyiqlərin edilməsi yalandır. “Məlumat təxribat xarakteri daşıyır”, – deyə Nazirlikdən bildirilib.

Bugün səhər saatlarında Ermənistan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində erməni hərbçisinin snayper atəşi nəticəsində həlak olması barəsində xəbər yayıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Müdafiə Nazirliyi erməni hərbçisinin həlak olması barədə məlumatı təkzib edib”

Tövsiyə xəbərlər