Əsgər Həziyev Çingiz Ramin oğlu Şuşa şəhəri istiqamətində xidmət etdiyi hərbi hissədə intihar edib. Bu barədə avqustun 28-də Müdafiə Nazirliyi bildirib.
Nazirliyin verdiyi məlumata əsasən, hərbi qulluqçunun ölümünə səbəb ailə-məişət problemləri olub.
Faktla bağlı cinayət işi açılıb.
Sosial şəbəkələrdə avqustun 28-də əsgərin şəhid olması ilə bağlı məlumat yayılıb. Müdafiə Nazirliyinin bildirdiyinə görə, dəqiqləşdirilməmiş məlumatları yayaraq bəzi KİV-lər ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.