Avqustun 16-dan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və DOST mərkəzlərində vətəndaşların qəbulu yalnız COVID-19 pasportu və ya COVID-19 immunitet sertifikatı ilə həyata keçiriləcək. Bu haqda Nazirlər Kabinəti məlumat verib.
Vətəndaşlar həmçinin elektron müraciətlərində COVID-19 pasportuna malik olmaları barədə məlumat daxil etməlidirlər.