Oktyabrın 29-da polisə zəng edərək guya Xəzər rayonu Mərdəkan qəsəbəsindəki orta məktəblərdən birinin damına bomba qoyulması barədə məlumat verən şəxs saxlanılıb. Hadisə barədə DİN oktyabrın 30-da xəbər verib.
Keçirilən əməliyyat nəticəsində bomba barədə verilən məlumatın yalan olduğu müəyyən edilib.
Əvvəllər məhkum olunmuş 36 yaşlı Mərdəkan qəsəbə sakini saxlanılıb.
Faktla bağlı “Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə” maddəsi ilə cinayət işi başlanılıb.