Azərbaycanda bütün məktəblərdə xüsusi izolyasiya otaqları hazırlanıb. Bu haqda təhsil nazirinin müşaviri Rüstəm Ağayev 7 sentyabr tarixində qeyd edib.
Müşavirin sözlərinə görə, dərs zamanı kiminsə temperaturu olarsa, həmin şəxs dərhal xüsusi izolyasiya otaqlarına yerləşdiriləcək: “Əgər hansısa məktəbdə kiminsə COVID-19 nəticəsi pozitiv çıxarsa, araşdırma nəticəsində məktəbin bağlanması və ya hibrid tədrisə keçirilməsi barədə qərar qəbul ediləcək”.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.