Məktəblərdə “Mina təhlükəsinə dair maariflənmə” kursu tədris olunacaq

Azərbaycanın 20-dən çox rayonlarında ümumi təhsil müəssisələrinin VI siniflərində “Mina təhlükəsinə dair maariflənmə” adlı kurs tədris olunacaq. Bu barədə məlumat 2020-2021-ci dərs ili üçün tədris planında qeyd edilib.

Kurs Daşkəsən, Gədəbəy, Füzuli, Ağdam, Qazax, Tovuz, Cəbrayıl, Qubadlı, Şuşa, Laçın, Kəlbəcər, Xocalı, Beyləqan, Ağcabədi, Tərtər, Göygöl, Goranboy, Zəngilan, Ağstafa, Xocavənd rayonlarının və Naxçıvan Muxtar Respublikasının Ermənistanla həmsərhəd olan məktəblərində həftədə bir dəfə keçiriləcək.

İşğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində bu günə qədər 7 hərbi qulluqçu və 20 mülki şəxs həlak olub. 86 hərbi qulluqçu, 29 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. ANAMA-nın məlumatına əsasən, avqustun 2-dən 21-dək işğaldan azad edilmiş ərazilərdə 376 mina aşkar edilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Məktəblərdə “Mina təhlükəsinə dair maariflənmə” kursu tədris olunacaq”

Tövsiyə xəbərlər