Məktəblərin açılması ilə bağlı metro stansiyalarına nəzarət gücləndirilib

Bakı Metropoliteni tədrisin başlaması ilə bağlı stansiyalara nəzarəti gücləndirib. Bu barədə sentyabrın 22-də Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, yeni tədris ilinin başlanması və müəssisələrin fəaliyyətinin bərpası ilə bağlı metro sərnişinlərinin sayında dəyişiklik ola bilər. Bu məqsədlə ehtiyat qatarlar sıxlığın qarşısını almaq üçün xəttə buraxılacaq. Hərəkət dəyişikliyi mütəmadi olarsa, metropoliten qatarların hərəkət qrafikində dəyişiklik edəcək.

Hazırda “Həzi Aslanov” – “28 may” stansiyalarında qatarlar arası interval 2 dəqiqədir.

B.Məmmədov deyib ki, bu gün səhər saatlarında metro stansiyalarında sərnişin sayında artım olsa da, bu o qədər də çox deyil.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Məktəblərin açılması ilə bağlı metro stansiyalarına nəzarət gücləndirilib”

Tövsiyə xəbərlər