Champions Showdown şahmat turnirində 9 sentyabr tarixində Şəhriyar Məmmədyarov növbəti üç turda Uesli So və Lenyer Domingezə uduzub, Sem Şenklendlə isə heç-heçə edib.
Növbəti üç turun qarşılaşmaları bugün keçiriləcək. Məmmədyarov Levon Aronyanla, Fabiano Karuanayla və Pyotr Svidlerlə görüşəcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Altı turdan sonra 2,5 xal toplayan Şəhriyar turnir cədvəlində Aronyanla 7-8-ci yerləri bölüşdürür.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.