Şəhriyar Məmmədyarov Fişer şahmatı üzrə keçirilən Champions Showdown: Chess 9LX turnirində 3,5 xal qazanaraq 8-ci yeri tutub.
Son 3 turda Məmmədyarov Karuanaya qalib gəlib, Aronyana və Svidlerə isə uduzub. Yekunda 150 min dollar mükafat fondu olan turnirdə Şəhriyar 7500 dollar mükafat qazanıb.
Turnirdə 1-ci yeri 6 xal qazanan Lenyer Domingez tutub.
Fişer şahmat növü 1996-cı ildə şahmat üzrə 11-ci dünya çempionu Robert Fişer tərəfindən təqdim olunub. Oyunun qaydalarına görə, piyadalar istisna olmaqla, bütün fiqurlar üfüqi vəziyyətdə bir-birinə simmetrik şəkildə təsadüfi düzülür və bunun nəticəsində start mövqeyində 960 variant yaranır. Bu şahmat növünə “960-şahmat” da deyilir.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.