TÖVSİYƏ XƏBƏRLƏR

Məmmədyarov və Rəcəbov Norveçdə superturnirdə iştirak edəcəklər

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində keçiriləcək 10-cu “Norway Chess” turnirində iştirak edəcək. Bu barədə 7 aprel tarixində turnirin rəsmi səhifəsində məlumat verilib.

Məlumata əsasən, yarışma mayın 31-dən iyunun 10-na kimi keçiriləcək. Azərbaycan təmsilçiləri ilə yanaşı, turnirdə Aniş Giri, Maksim Vaşye-Laqrav, Uesli So, Maqnus Karlsen, Rixard Rapport, Vişvanatan Anand, Vanq Xao və Veselin Topalov iştirak edəcəklər.