TÖVSİYƏ XƏBƏRLƏR

“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində daha bir tədbir keçirilib

Avqustun 31-də Vətən müharibəsinin şəhid övladları üçün “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində daha bir tədbir keçirilib. Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbir Türkiyənin Zəfər bayramına təsadüf etdiyi üçün, məhz bu günə həsr olunub.

Uşaqlar üçün şəhər gəzintisi təşkil olunub, daha sonra iştirakçılar “Zaqulba Mangal Steak”də vaxt keçiriblər.

Tədbirdə Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Namiq Cavadov Azərbaycan və Türkiyə arasında dostluqdan bəhs edib.

Qeyd edək ki, sənətçilərdən Alim Qasımov və qızı Fərqanə Qasımova, Zülfiyyə Xanbabayeva, aparıcılar Leyla Quliyeva və Lalə Azərtaş iştirak ediblər.