Azərbaycanda valyuta satışlarında azalma müşahidə olunur. Bu barədə 28 yanvar tarixində Report Mərkəzi Bankın sədri Elman Rüstəmova istinadən məlumat verib.
“Əhalimizin milli valyutaya inamı artıb” – deyə sədr əlavə edib. O, həmçinin bildirib ki, cari ildə də manatın məzənnəsi sabit olacaq.
Qey edək ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin analitiklərinin hesablamalarına əsasən, manatın dollara qarşı məzənnəsi 1 dollar/1,7 manat səviyyəsində sabit olaraq qalacaq.