2021-ci ilin iyun ayından bu günə kimi “Məşğulluq marafonu”na 627 işəgötürən qoşulub və 4 363 vakansiya elan olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 31 mart tarixində məlumat verib.
Keçirilən marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək olmaqdır. Sözügedən kateqoriyadan olan 1 959-dan çox şəxs işlə təmin olunub.
İşəgötürənlər, işaxtaran şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış şəxslər linkdən keçid edərək “Məşğulluq marafonu”na qoşula bilərlər.