TÖVSİYƏ XƏBƏRLƏR

Mədəniyyət naziri “TikTok” nümayəndələri ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli “TikTok” platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov və platformanın nümayəndələri ilə görüşüb. Bu barədə İnsanoid nazirliyin mətbuat xidmətinə istinadən bu gün, 1 iyun tarixində xəbər verir.

Nazir bildirib ki, “TikTok” platforması ölkə üzrə 600 minə qədər istifadəçisi və bir milyondan çox baxış sayı olan ən böyük platformalardan biridir.

Ona görə də buradakı məzmunun pozitiv, mənəvi dəyərlərə söykənən, elmi təbliğata köklənmiş, maarifləndirici olması vacib şərtlərdən biridir.

Son zamanlar bir çox ölkələrdə “TikTok” platformasında cəmiyyətlərin maraqlarına, ümumbəşəri dəyərlərə zidd məzmunların paylaşılması nəticəsində insanlarda və bütövlükdə cəmiyyətdə dözümsüzlük, aqressiya, mənəvi və estetik primitivizm, intellektual deqradasiya artır.

Bu məsələlərin həlli, bu platformanın daha da təkmilləşdirilməsi və orada yerləşdirilən yerli məzmunun keyfiyyətinin və faydalılığının artırılması məqsədilə qarşılıqlı sıx əməkdaşlığın həyata keçirilməsi önəmlidir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

“TikTok”, 2016-cı ildə Çində yaradılan və 2018-ci ildə beynəlxalq versiyası istifadəyə verilən bu videoplatforma qısa müddətdə bütün dünyada yayılıb. Hazırda 150-dən çox ölkədə 1 milyarda yaxın istifadəçisi var.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx