Ankarada Şuşa ilə bağlı tədbirlər keçiriləcək və Azərbaycanın mədəniyyət naziri Adil Kərimli tədbirlərə qatılmaq üçün Türkiyəyə səfər edəcək. Bu barədə 11 noyabr tarixində Report məlumat verib.
A.Kərimli noyabrın 13-də TÜRKSOY-un Ankaradakı Baş Qərargahında “Şuşa günləri” çərçivəsində təşkil olunan “Şuşa rəssamları” sərgisində iştirak edəcək.
Həmin gün “Şuşa-2023 – Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa Mədəniyyət Günləri təşkil olunacaq. Eyni zamanda Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının iştirakı ilə konsert olacaq.