TÖVSİYƏ XƏBƏRLƏR

Məhəmməd Füzuli haqqında məqalə “Vikipediya”da ana səhifəyə çıxıb

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli haqqında məqalə “Wikipedia”nın ingilis dili bölməsində ana səhifəyə çıxıb. Bunu “Wikipedia” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib.

Bu barədə 13 noyabr tarixində Report məlumat verib.

Noyabrın 13-də “Vikipediya”nın ingilis dili bölməsində yazılmış “Füzuli” məqaləsi həmin platformanın “Ana səhifəsi”ndə “Seçilmiş məqalə” kimi nümayiş olunub. Hal-hazırda məqalə ana səhifədədir.

Qeyd edək ki, “Wikipedia”nın ingilis dili bölməsinin “Ana səhifə”sinə hər gün milyonlarla oxucu daxil olur.