TÖVSİYƏ XƏBƏRLƏR

Məhkəmə qərarını heçə sayan biznesmenin oğlunu qarajda kilidlədilər – VİDEO

Bakıda qanunsuz tikinti aparan biznesmenlərdən birinin oğlunu qarajda kilidləyiblər. Bu barədə İnsanoid Baku Tv-yə istinadən bu gün, 27 may tarixində xəbər verir.

Paytaxtın Binəqədi rayonunun Mir Cəlal, 63 ünvanında yaşayan sakinlər aparılan qanunsuz tikinti işlərindən narahatdırlar.

Qeyd olunan ünvanda qarajların qarşısında aparılan qazıntı işləri ilə bağlı sakinlər məhkəməyə müraciət ediblər. Hakim onların lehinə qərar verib.

Sakinlərin sözlərinə əsasən, şirkət rəhbəri qərara məhəl qoymayaraq, işinə davam edir və onların əmlak hüququnu pozur.

Ərazidə çəkiliş aparılan zaman şirkət rəhbərinin oğlu tikinti aparılan ünvana gəlib. Çəkiliş qrupunu gördükdən sonra isə qarajlardan birinin içinə girib.

Daha sonra ətrafda olan əməkdaşlardan biri qarajın qapısını kilidləyib.

Tikinti şirkətinin nümayəndəsi isə məhkəmə qərarının tikintiyə aid deyil, qazıntı işlərinin dayandırılması barədə olduğunu qeyd edib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx