“Məhkumların qida təminatı Nazirlər Kabinetinin qərarına uyğun olaraq çeşidlənir. Bu istiqamətdə biz pilot layihə həyata keçiririk”. Bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov deyib.
Bu barədə 20 noyabr tarixində APA məlumat verib.
O bildirib ki, layihə turizm şirkətinin Kulinariya Mərkəzi ilə birgə həyata keçirilir:
“Kulinariya Mərkəzinin peşəkar aşpazları tərəfindən məhkumlara kurslar keçirilir. Onlara keyfiyyətli yemək bişirmək öyrədilib. Yeməyin bişirilməsində də birbaşa aşpazların özləri iştirak ediblər. Bu da qida təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək bir layihədir”.