Fransa Prezidenti Emmanuel Makronun təyyarəsi İsrailin Təl-Əviv şəhərinin Ben-Qurion Hava Limanında eniş edib. Bu barədə İnsanoid BFMTV-yə istinadən bu gün, 24 oktyabr tarixində xəbər verir.
Fransa liderinin səfəri həlak olanların ailələrini ziyarət etməklə başlanacaq.
Telekanalın məlumatına görə, HƏMAS-nin hücumu nəticəsində 30 fransız həlak olub, 7 nəfər itkin düşüb.