Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2012-yə çatıb. Bununla bağlı ölkədə 3 günlük matəm elan olunub. 3 gündə Afrika ölkəsindəki bayraqlar yarıya endiriləcək. Bu haqda 10 sentyabr tarixində AlArabia News məlumat verib.
Zəlzələ zamanı 2059 nəfər yaralanıb, onlardan 1404-nün vəziyyəti ağırdır.
Ötən gün Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb. Mərakeş şəhərindən 72 kilometr qərbdə baş verən zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanların təsirindən bəzi binalar dağılıb. Ölənlərin cəsədləri ölkənin cənubundakı Demnat şəhərində dağıntılar altından tapılıb.