Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2500-ə çatıb. Bu barədə 11 sentyabr tarixində Report ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Təbii fəlakət nəticəsində 2 400 nəfər yaralanıb.
Qeyd edək ki, sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsinə düşüb. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.