İspandilli ölkələr üzrə mütəxəssis Mahir Qurbanov, Uruqvayın dövlət kanalında (Canal 5) İran tərəfindən Azərbaycan dövlətinə və ərazisinə qarşı hücumun detallarını təhlil edib.
İnsanoid.com xəbər verir ki, Mahir Qurbanov çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövlətinin pilotsuz uçuş aparatları ilə atəşə tutulması, hücumun hədəfinin mülki obyektlər olması, habelə Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası və kənd məktəbinin İran tərəfindən atəşə məruz qalması barədə ətraflı məlumat verib
Mütəxəssis, martın 5-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirildiyini də vurğulayıb.
M.Qurbanov onu da qeyd edib ki, Azərbaycan dövləti nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, Azərbaycanın mövqeyidir.
Proqramda eyni zamanda, Qurbanov onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə İran İslam Respublikasının Ali Rəhbər vəzifəsinə seçildiyi üçün, ona təbrik məktubu ünvanlayıb və Prezident Əliyev bu məktubda Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirib.