“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq məşq zamanı çarpaz bağlarını zədələyib. O, xəstəxanaya yerləşdirilib. Bu barədə 4 noyabr tarixində Zukerberq Facebook-da paylaşım edib.
“Sparrinq zamanı çarpaz bağımı yırtdım və onu bərpa etmək üçün əməliyyatdan yenicə çıxdım”, – deyə “Meta”nın rəhbəri bildirib.
O, gələn ilin əvvəlində baş tutmalı olan MMA döyüşünün təxirə salınacağını əlavə edib.