TÖVSİYƏ XƏBƏRLƏR

Mərkəzi Bankın yeni sədri qarşıdakı hədəflərini açıqlayıb

Azərbaycan Respublikası Mərkəzi Bankının yeni sədri Taleh Kazımov kollektivə təqdim edilib. Bu haqda 14 apreldə Report məlumat verib.

Çıxışı zamanı yeni sədr qarşıdakı fəaliyyətinin əsas istiqamətlərini açıqlayıb:

  • ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması;
  • dayanıqlı iqtisadi inkişafı dəstəkləyən pul siyasətinin həyata keçirilməsi;
  • maliyyə-bank sisteminin inkişafı;
  • elektron ödəniş eko-sisteminin daha da gücləndirilməsi;
  • nağd pul tədavülünün keyfiyyətinin davamlı yüksəldilməsi.

Qeyd edək ki, Taleh Kazımov Mərkəzi Bankın sədrliyinə dünən, aprelin 13-də Prezident İlham Əliyevin sərəncamı əsasında təyin olunub. Daha öncə bu vəzifəni Elman Rüstəmov icra edirdi.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx