TÖVSİYƏ XƏBƏRLƏR

Marketdə istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb

Marketdə istifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları aşkarlanıb. Bu barədə 3 noyabr tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Lənkəran rayonunun Cil kəndində fəaliyyət göstərən Kamal Mirzaid oğlu Xamiyevə məxsus “Cil” marketdə plandankənar yoxlama keçirilib.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketdə 60 adda ümumi çəkisi 74 kq müxtəlif əmtəə nişanlı şirniyyat, ədviyyat, süd məhsulunun və 30 litr alkoqolsuz içkinin istifadə müddətinin bitdiyi müəyyən edilib, eləcə də etiket məlumatlarında uyğunsuzluq olan ümumi çəkisi 60 litr duru yağ və istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində protokol tərtib edilib. İstehlaka yararsız məhsulların satışının qarşısı alınıb və məhv edilməsinə dair qərar qəbul olunub.