TÖVSİYƏ XƏBƏRLƏR

Mart ayı üzrə dissertasiya müdafiə edənlərin sayı açıqlanıb

Bu ilin mart ayı üzrə 82 nəfər dissertasiya müdafiə edib. Bu barədə 5 aprel tarixində Apa Ali Attestasiya Komissiyasına istinadən məlumat verib.

Məlumata əsasən, dissertasiya işlərindən 35-i elmi müəssisələrdə, 47-si ali təhsil müəssisələrində müdafiə olunub. Bildirilib ki, 73 nəfər fəlsəfə doktoru, 9 nəfər isə elmlər doktoru dərəcəsi alıb.

Qeyd olunub ki, ən çox dissertasiya müdafiəsi filologiya elmləri üzrə (16), ən az isə hər birində 1 olmaqla aqrar, yer elmləri və psixologiya üzrə olub.