TÖVSİYƏ XƏBƏRLƏR

Mart ayında 10,8 min nəfərdən çox şəxsə sosial ödənişlərin təyinatı elektron qaydada keçirilib

2022-ci ilin mart ayında 10,8 min nəfərdən çox şəxsə sosial ödənişlərin təyinatı elektron qaydada keçirilib. Bu barədə 30 aprel tarixində Dövlət Sosial Müdafiə Fondunun Facebook səhifəsində məlumat verilib.

Məlumata əsasən, onlardan 2,7 min nəfərdən çox şəxsə pensiya, 8,1 min nəfərdən çox şəxsə isə müavinət və təqaüd təyin edilib.