Martın 3-nə planlaşdırılan Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysi ləğv edilib. Bu barədə fevralın 28-də “Buta Airways” aviaşirkətindən məlumat verilib.
Bu qərar Ukraynada davam edən qeyri-sabit vəziyyətlə əlaqədar verilib.
Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.