Masallı polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən rayon sakinini saxlayıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 18 noyabr tarixində xəbər verir.
Keçirilən baxış zamanı Boradigah qəsəbə sakini Zaur Rufullayevin yaşadığı evdən 1 ədəd yivli odlu silah olan TOZ-8 markalı tüfəng, üzərindən isə həmin silaha aid patron və heroin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.