Masallıda 24 yaşlı gəncin öldürülməsi ilə bağlı cinayət işi başladılıb. Bu barədə 19 sentyabr tarixində Baş Prokurorluq məlumat yayıb.
Ötən gün 24 yaşlı Elməddin Kərimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 23 yaşlı Höccət Soltanovun Masallı rayonu ərazisində yol kənarında aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elməddin Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanıb. Höccət Soltanov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.