Masallı rayonunun Qarğalıq kəndində intihar hadisəsi baş verib. Bu barədə Oxu.az 23 yanvar tarixində xəbər verib.
Kənd sakini, 25 yaşlı Fuad İsa oğlu Şirinov yaşadığı evdə özünü asıb.
Özünü öldürən 25 yaşlı Fuad Şirinov bir neçə ay əvvəl ailə həyatı qurubmuş. Lakin iki ay əvvəl həyat yoldaşı ondan ayrılaraq evdən gedib. Bundan sonra Fuad depressiyaya düşüb.
İlkin məlumata görə, onun canına qəsd etməsinə də məhz bu səbəb olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.