Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Masallıda 36 yaşlı qadın itkin düşüb

Masallıda rayon sakini olan qadın itkin düşüb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 30 yanvar tarixində xəbər verir.

Rayonun Ərkivan qəsəbəsində yaşayan 36 yaşlı Gülər Ağayeva yanvarın 24-ü saat 16:00 radələrində evdən çıxaraq, naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

Gülər Ağayevanın əlamətləri bunlardır: Boyu 158 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli paltar, ayağında idman ayaqqabısı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti – Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx