TÖVSİYƏ XƏBƏRLƏR

Masallıda evə daxil olub qadından pul tələb edən şəxs saxlanılıb

Masallıda qadına qarşı quldurluq edən şəxs saxlanılıb. Bu barədə 17 noyabr tarixində APA məlumat verib.

Masallı rayonunun Qızılağac kəndindəki evlərdən birinə daxil olan şəxsin ev sahibəsinə kəsici alətlə xəsarət yetirərək pul tələb etməsi, daha sonra isə oradan uzaqlaşması ilə bağlı polisə məlumat daxil olub.

Şübhəli bilinən Qızılağac kənd sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə və oğurluğa görə məhkum olunmuş İntiqam Axundov müəyyən olunaraq saxlanılıb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.