TÖVSİYƏ XƏBƏRLƏR

Masallıda evdən 10 min manatlıq oğurluq edən keçmiş məhkumlar saxlanılıblar

Masallıda yaşayış olmayan evdən 10 min manatlıq oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkumlar saxlanılıblar. Bu barədə 7 iyun tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Rayonun Boradigah qəsəbəsində yerləşən və hazırda yaşayış olmayan evlərdən birindən 9 000 manat dəyərində qızıl-zinət əşyalarının və 1 000 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Boradigah qəsəbə sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Mircəlal AğayevMurad Bağırov müəyyən edilərək saxlanılıblar.

Oğurlanan qızıl-zinət və məişət əşyaları aşkarlanaraq maddi sübut kimi götürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx