TÖVSİYƏ XƏBƏRLƏR

Masallıda “Ford” “KamAz”a çarpılıb – FOTO

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 10 noyabr tarixində xəbər verib.

Hadisə Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Fuad Həsrətovun idarə etdiyi “Ford” markalı yük maşını idarəetməni itirərək mişar daşı ilə dolu olan “KamAZ” markalı avtomobilə çarpılıb. Qəza nəticəsində “Ford” markalı avtomobilin sürücüsü və sərnişin Samir adlı şəxs ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili olaraq rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.