Masallıda 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə 24 fevral tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
RPŞ-nin əməkdaşları tərəfindən rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Xəqani Əhədov və tanışı Məhəmmədbağır Allahverdiyev saxlanılıblar.
Onlara məxsus idman çantasına keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumilikdə 9 kiloqram 350 qram heroin və 1 kiloqrama yaxın metamfetamin, eləcə də 1 ədəd bıçaq aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.