Masallıda baş həkim rüşvətə görə saxlanılıb. Bu barədə İnsanoid Baş Prokurorluğun mətbuat xidmətinə istinadən bu gün, 28 dekabr tarixində xəbər verir.
Masallı rayon xəstəxanasının baş həkiminin cari il ərzində vətəndaşlara təqaüdün təyinatı, xəstəliklərə dair göndərişin elektron informasiya sisteminə yüklənməsi, eləcə də qeyd edilən tibb müəssisəsində şəxslərin işə qəbul edilməsi, ixtisasının dəyişdirilməsi müqabilində müxtəlif məbləğlərdə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
O saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.