Masazırda onmərtəbəli yaşayış binasında yanğın olub, 8 nəfər təxliyə edilib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 19 sentyabr tarixində xəbər verir.
Abşeron rayonunun Masazır qəsəbəsində onmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.