Maşın bazarında partlayış: yaralanan polis kapitanı 10 gündən sonra vəfat edib

İyulun 27-də Bakının “Maşın bazarı”nda baş verən partlayış zamanı xəsarət alan polislərdən biri, kapitan Elçin Səfərov vəfat edib. Bu barədə DİN məlumat yayıb.

27 iyul tarixində axtarışda olan Müseyib Ələsgərovun Yasamal rayonunda idarə etdiyi avtomobil saxlanılıb. O, polisə tabesizlik göstərib və avtomobilini tərk edərək qaçmağa cəhd edib. Bu zaman onun üzərində olan qumbara partlayıb. Nəticədə M.Ələsgərov ölüb, 4 polis əməkdaşı xəsarət alıb.

Ələsgərov əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx