TÖVSİYƏ XƏBƏRLƏR

“Maştağa Olimpiya İdman Kompleksi” kommersiya qurumuna çevrilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Maştağa Olimpiya İdman Kompleksi” MMC-ni dövlət qeydiyyatına alıb. Bu barədə Report 14 aprel tarixində məlumat verib.

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat- Maştağa yolu, 5, nizamnamə kapitalı 2 270 438 manat, qanuni təmsilçisi isə Ərşad Cahid oğlu Nəsibovdur.

Xatırladaq ki, Maştağa Olimpiya İdman Kompleksi 2001-ci il dekabrın 29-da istifadəyə verilib. Burada cüdo, kikboksinq və karate bölmələri fəaliyyət göstərir.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx