Maştağa qadın əri tərəfindən bıçaqlanıb. Bu barədə 12 sentyabr tarixində APA məlumat verib.
Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Elşən Bağırov münaqişə zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Əfsanə Bağırovanı bıçaqlayıb. Qadın xəstəxanaya yerləşdirilib, əri isə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.