TÖVSİYƏ XƏBƏRLƏR

May ayında 102 nəfərin diplomu tanınmayıb

May ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. Bu barədə İnsanoid  Təhsildə Keyfiyyət Təminatı Agentliyinə istinadən bu gün, 1 iyun tarixində xəbər verir.

May ayı üzrə 734 müraciətçinin 632-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Onlardan 94-ü tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmadığı, 3-ü dövlət nümunəli olmadığı, 5-i isə digər səbəblərdən mənfi qərarlaşıb.

Ukraynadan 328, Rusiyadan 151, Türkiyədən 109, Gürcüstandan 54, Belarusdan 30, digər ölkələrdən isə 62 müraciət edilib.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 95, iqtisadiyyat üzrə 80, hüquqşünaslıq üzrə 69, menecment üzrə 44, biznesin idarə edilməsi üzrə 40 müraciətçi qeydə alınıb.

Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün keçidə daxil ola bilərlər.

May ayında 102 nəfərin diplomu tanınmayıb
Foto Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi saytı
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx